Müğənni Vəfa Şərifova ona hədiyyə göndərilən bahalı ətirləri nümayiş etdirib.
Milli.Az-ın məlumatına görə, sənətçinin paylaşdığı görüntülər sosial şəbəkələrdə geniş maraq doğurub. Kadrlarda Vəfanın ona göndərilən ətirləri izləyicilərinə göstərdiyi anlar yer alıb.
Müğənninin ətirlərlə bağlı səsləndirdiyi fikirlər də diqqət çəkib. O, məhsulun şəhərin ən bahalı ətirlərindən biri olduğunu bildirib:
"Deyilənlərə görə, şəhərin ən bahalı ətiridir. İlk dəfə bu qiymətə ətirim olacaq".
Sözügedən paylaşım qısa zamanda sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. İzləyicilər ətirin qiyməti və sənətçiyə göndərilən hədiyyə ilə bağlı müxtəlif rəylər yazıblar.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)