Nizami rayonunda qaz kəsiləcək

8 Oktyabr 2026 00:10

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, təmir-bərpa işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun M. Abbasov, K. Balakişiyev, Nəsimi, Ə. Əzimzadə küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)