Bakının Binəqədi rayonunda aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Milli.Az-a bildirilib ki, təmir işlərinə oktyabrın 8-də saat 15:00-dan etibarən başlanılacaq.
İşlər Binəqədi rayonunun Qara Qarayev küçəsinin Şota Rustaveli küçəsi ilə kəsişməsindən Osman Mustafayev küçəsi ilə kəsişməsinədək olan hissəsində aparılacaq.
Təmir işləri ilə əlaqədar qeyd olunan yol hissəsində nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq.
Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)