“Aşk-ı Memnu”nun aktyoru illər sonra – Tanınmaz dərəcədə dəyişib - (Foto)

9 Oktyabr 2026 09:57

Türkiyənin məşhur serialı "Aşk-ı Memnu"da Beşir obrazına həyat verən Baran Akbulut uzun fasilədən sonra yenidən izləyicilərin diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki, aktyorun son görüntüləri sosial şəbəkələrdə paylaşılaraq geniş yayılıb. Baran Akbulut serialda Nihala olan qarşılıqsız sevgisi ilə tamaşaçıların yaddaşında iz qoymuşdu.

"Aşk-ı Memnu"dan sonra fərqli layihələrdə rol alan aktyorun adı çəkiləndə bir çox tamaşaçının ağlına hələ də Beşir obrazı gəlir.

İllər sonra Baran Akbulutun görüntülərinin yayılması serialın pərəstişkarlarında nostalji ovqat yaradıb. İzləyicilər aktyorun illər ərzindəki dəyişimini müzakirə edərək müxtəlif fikirlər səsləndiriblər.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)