Türkiyəli məşhur müğənni Aleyna Tilki şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Milli.Az xəbər verir ki, gənc yaşlarından musiqi dünyasında tanınan ifaçı hazırda həyatında heç kimin olmadığını bildirib. Aleyna Tilki indiyədək sevgilisi ilə küçədə əl-ələ gəzmədiyini də etiraf edib.
"Sevgilim yoxdur. Heç kimlə küçədə əl-ələ də gəzməmişəm. Bunu da öyrənəcəyəm", - müğənni bildirib.
Aleyna Tilki evliliklə bağlı fikirlərini də bölüşüb. O, ailə quracağı halda bunun əsas səbəbinin uşaq sahibi olmaq istəyinin olacağını deyib.
"Əgər evlənsəm, uşaq sahibi olmaq üçün evlənərəm", - Aleyna Tilki vurğulayıb.
Müğənninin şəxsi həyatı və evlilik haqqında bu açıqlamaları sosial mediada da diqqət çəkib. (lent.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)