Didem Balçının dəyişimi diqqət çəkdi - (Foto)

8 Oktyabr 2026 00:31

Türk aktrisa Didem Balçın ötən gün Etilerdə görüntülənib.

Milli.Az xəbər verir ki, aktrisa müxbirlərin "Arıqlamısınız" sözlərinə cavab verib.

Balçın "Mən onsuz da son bir ildir arığam. Siz məni sonuncu dəfə nə vaxt görmüsünüz? Boyum 1,72 metr, çəkim isə 58 kiloqramdır. Tez-tez kökəlirəm və çox sürətlə arıqlaya bilirəm. Əgər arıqlama iynəsindən istifadə etdiyimi demək istəyirsinizsə, elə bir şey yoxdur" deyə gülərək bildirib. (olay)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)