Məşhur kolumbiyalı müğənni Şakira və eks-sevgilisi Jerar Pike ötən gün Barselonada məhkəmədən çıxarkən görüntüləniblər.
Milli.Az xəbər verir ki, cütlük təxminən dörd ildən sonra ilk dəfə məhkəmədə üz-üzə gəlib. Onlar oğulları Milan və Saşa ilə bağlı yeni razılaşmaları müzakirə edib, mövcud məsələləri həll etməyə çalışırlar.
Müğənni Mayami ilə Barselona arasında uşaqların tez-tez qısa səfərlər etməsinin azaldılmasını istəyib. O, bəzi tətil dövrlərində Pikenin Mayamiyə getməsini təklif edib.
Qeyd edək ki, Şakira Pikedən xəyanətə görə ayrılıb. İkili 11 il münasibətdə olub. Onların iki oğul övladı var. (Axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)