Azərbaycan kuboku: "Qaradağ" 12-0 qalib gəldi

7 Oktyabr 2026 21:48

Bu gün futbol üzrə Azərbaycan kubokunun 2026/27-ci illər mövsümünə 1-ci təsnifat mərhələsi ilə start verilib. Bu mərhələdə yalnız 2-ci liqa klubları yarışıb.

Milli.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib

"Qaradağ Lökbatan" "Şəki"ni qəbul edib. "Şəmkir" isə "Ağstafa Gəncləri" ilə üz-üzə gəlib. Komandaların hər biri 2-ci liqa təmsilçisidir.

14:30."Qaradağ Lökbatan" - "Şəki" - 12-0

14:30."Şəmkir" - "Ağstafa Gəncləri" - 1-5

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)