Rusiyanın Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti teleqram kanalında məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətindəki Prilukiyə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 18 nəfərə çatıb", - məlumatda bildirilib.
Zərbələr nəticəsində 55 nəfər, o cümlədən 7 uşaq yaralanıb.
Hadisə yerində axtarış-xilasetmə işləri və dağıntıların aradan qaldırılması davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)