Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"

7 Oktyabr 2026 16:38

"Doğma Vətəndə uduzmaq ağırdır"

Milli.Az xəbər verir ki, bu sözləri cüdoçu Hidayət Heydərov instaqram hesabında yazıb.

Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatında məğlub olması ilə bağlı bunları qeyd edib:

"Doğma Vətəndə uduzmaq ağırdır. Sizin qarşınızda uduzmaq isə daha ağır. Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi. Sonsuz təşəkkürlər".

Bildirək ki, 73 kq çəki dərəcəsində çıxış edən H.Heydərov i1/8 finalda italiyalı Covanni Espozitoya cərimə xalları hesabına uduzub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)