İtaliyada 57 yaşlı kişinin vəfat etmiş anasının ölümünü gizlədərək uzun müddət onun pensiyasını aldığı üzə çıxıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qadın 2022-ci ildə dünyasını dəyişib. Lakin oğlu bu barədə aidiyyəti qurumlara məlumat verməyib və təxminən üç il ərzində anasının pensiyasını almaqda davam edib.
Hadisə kişinin anasının sənədlərini yenilətmək məqsədilə dövlət qurumlarından birinə müraciət etməsi zamanı ortaya çıxıb. O, qadın qiyafəsində, parik və makiyajla idarəyə gedib. İşçilər şəxsin görünüşü ilə təqdim etdiyi sənədlər arasında uyğunsuzluq olduğunu görərək vəziyyətlə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Bundan sonra polis kişinin evində axtarış aparıb. Axtarış zamanı qadının cəsədi evdə aşkarlanıb.
57 yaşlı şəxs hazırda pensiya fırıldaqçılığı, anasının ölümünü gizlətmək və cəsədi yaşayış yerində saxlamaqla bağlı ittihamlarla üzləşir.
Hadisə İtaliyada sosial ödəniş və pensiya sistemlərində nəzarətin effektivliyi ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)