Yunanıstanda yeraltı təkanlar artdı - Bir neçə saatda 8 zəlzələ

7 Oktyabr 2026 14:34

Yunanıstanın Kasos adası sahillərində 8 zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, Yunanıstan mətbuatının məlumatına görə, oktyabrın 7-də gecə yarısından səhər saatlarına qədər 2,4-4,1 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Ən güclü zəlzələnin episentri Kasos adasından 29 kilometr qərbdə yerləşib. Bundan 7 dəqiqə sonra adadan 35 kilometr qərbdə 3,9 maqnitudalı zəlzələ baş verib.

Daha sonra 2,4-2,7 maqnitudalı 4 zəif təkan qeydə alınıb.

Sonuncu zəlzələ isə səhər saat 10:27-də Kasosdan 22 kilometr qərb-cənub-qərbdə baş verib. Yeraltı təkanın maqnitudası 3,2 olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)