Bakı, Sumqayıt və Abşeronda pensiya alanlara vacib xəbər

7 Oktyabr 2026 14:12

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Milli.Az xəbər verir ki, Lent.az-a bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətlərin və ünvanlı dövlət sosial yardımlarının isə bu ayın 23-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)