Qəzənfər Abdullayev işdən çıxarıldı

7 Oktyabr 2026 14:03

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri vəzifəsindən azad edilib

Trend-in məlumatına görə, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.

Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)