Kosovo Parlamenti qərar verdi - Ölkəyə yeni prezident seçildi

7 Oktyabr 2026 12:18

Kosovo Parlamenti iqtisadçı Justina Şiroka Pulanı ölkənin yeni prezidenti seçib.

Milli.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Şiroka Pula 120 yerlik parlamentdə 81 deputatın səsini qazanıb. Onun prezident seçilməsi Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi hakim Özünütəyinetmə Partiyası ilə müxalifətdəki Kosovo Demokratik Partiyası arasında əldə olunan razılaşma nəticəsində mümkün olub.

Razılaşmaya Haaqadakı müharibə cinayətləri məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı müddəa da daxil edilib.

Kosovoda prezident vəzifəsi əsasən təntənəli xarakter daşıyır. Buna baxmayaraq, dövlət başçısının seçilməsi ölkədə bir neçə dəfə siyasi qeyri-sabitliyə səbəb olub. Prezident seçilmək üçün namizədin deputatların üçdə ikisinin dəstəyini qazanması tələb olunur. Siyasi qüvvələr isə bir çox hallarda namizəd məsələsində razılığa gələ bilmirlər.

1953-cü ildə anadan olan Justina Şiroka Pula Kosovo Elmlər və İncəsənət Akademiyasına rəhbərlik edir. O, həmçinin iqtisadiyyat professorudur.

Şiroka Pula 2008-2011-ci illərdə Kosovonun iqtisadiyyat naziri vəzifəsində çalışıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)