Bakı-Ağstafa-Bakı marşrutunda əlavə qatarlar hərəkət edəcək

7 Oktyabr 2026 11:19

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil edəcək.

Milli.Az ADY-yə istinadən xəbər verir ki, əlavə reyslər 10 və 11 oktyabr tarixlərində həyata keçiriləcək.

Eyni zamanda, Bakı-Qazax-Bakı marşrutu üzrə ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur.

Biletləri ADY-nin rəsmi internet saytı, "ADY Mobile" tətbiqi və dəmir yolu kassalarından əldə etmək mümkündür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)