Samranın anası həmin çıxışdan yazdı: “Azərbaycanda rəqibi, 2-ci belə şou göstərən yoxdur" - (Foto)

7 Oktyabr 2026 10:35

"Avroviziya" təmsilçimiz Səmranın anası qızının Formula 1 çərçivəsində keçirilən konsertdəki çıxışına münasibət bildirib.

Milli.Az xəbər verir ki, Səmranın anası sosial media hesabında qızının səhnədə nümayiş etdirdiyi şouya toxunaraq, onun Azərbaycanda bənzərinin olmadığını vurğulayıb.

O, paylaşımında Səmranın yalnız dünya ulduzları ilə rəqabət apara biləcəyini qeyd edib:

"Konsertin "əsas ulduzunu" geridə qoymaq çoox gözəl bir hissdir. O, ancaq dünya ulduzları ilə rəqabət apara bilər! Nəticə isə göz önündədir.

Azərbaycanda Samranın rəqibi, nə də belə bir şou göstərən ikinci artist yoxdur. İkinci belə artist yoxdur bizdə. Onun bu ölkədə rəqibi yoxdur!".

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)