Rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlandı
27 Avqust 2012 17:48
TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, imtahan nəticələri bu qurumun saytında yerləşdirilib.
Namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.
Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.
İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.
Milli.Az