Rəşad Sadıqov «Qarabağ»la yeni müqavilə imzaladı

7 İyun 2010 19:33
Milli komandamızın kapitanı Rəşad Sadıqov "Qarabağ"la yeni müqavilə imzalayıb. Bu haqda qol.az-a futbolçunun özü məlumat verib.

Ağdam klubu ilə bu gün bir illik müqaviləyə imza atan Sadıqov anlaşmanın şərtləri haqda da danışıb: "Əgər bu müddət ərzində xarici klubdan təklif gələrsə, o zaman "Qarabağ" mənə heç bir problem yaratmadan həmin komandaya buraxacaq".

/Qol.az/