Müğənni Pünhan Piriyev toyuna dəvət etdiyi, lakin məclisə gəlməyən Xalq artisti Alim Qasımovla bağlı yeni açıqlama verib.
Milli.Az xəbər verir ki, sənətçi onun ünvanına "sən böyüyə hörmətsizlik etmisən" kimi fikirlər səsləndirən şəxslərə cavab verib. Piriyev bildirib ki, Alim Qasımova qarşı heç bir hörmətsizlik etməyib.
"Zəng edib deyirlər ki, hörmətsizlik etmisən, o böyükdür. Mən hörmətsizlik etməmişəm. O, zəng edib məni məclislərinə oxumağa dəvət edib. Getmişəm, heç bir ödəniş demədən 'baş üstə' deyib getmişəm. Alim müəllim də özü mənə dedi ki, mən də sənin xeyir işində gəlib əvəzini çıxaram. Nişanə xanım şahiddir", - deyə müğənni bildirib.
Pünhan Piriyev açıqlaması zamanı Alim Qasımovun məclisində onunla birlikdə çəkdirdiyi görüntüləri də nümayiş etdirib.
Bununla da sənətçi Xalq artisti ilə bağlı yaranan söz-söhbətlərə aydınlıq gətirərək mövzuya son qoymaq istədiyini bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)