Kayli serialda baş rolu canlandıracaq

7 Oktyabr 2026 00:31

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq.

Milli.Az xəbər verir ki, model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imza atacaq.

Serial subaylıq gecəsi zamanı hovuzda ölü tapılan gəlin və cinayətdə şübhəli bilinən rəfiqələrindən bəhs olunur.

Ekran işi "Hulu" platformasında yayımlanacaq. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)