Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu

6 Oktyabr 2026 23:18

Kriştiano Ronaldo dünyanın ən çox qazanan futbolçusu olaraq qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Sportico" portalı 2026/27 mövsümünün yekunlarına əsasən ən çox gəlir əldə edəcək futbolçuların siyahısını hazırlayıb. Birinci yeri "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo tutub. O, meydandakı çıxışlarına görə 250 milyon dollar, meydandan kənar fəaliyyətindən isə 50 milyon dollar gəlir əldə edəcək.

Gəlirlərinə görə ən yüksək qazanca malik 10 futbolçu:

Kriştiano Ronaldo ("Əl-Nəsr") - 300 milyon dollar (meydanda 250 milyon + meydandan kənar 50 milyon dollar);

Lionel Messi ("İnter Mayami") - 150 milyon dollar (75+75 milyon dollar);

Kilian Mbappe ("Real") - 105 milyon dollar (70+35 milyon dollar);

Erlinq Haaland ("Mançester Siti") - 85 milyon dollar (60+25 milyon dollar);

Vinisius Junior ("Real") - 67 milyon dollar (45+22 milyon dollar);

Sadio Mane ("Əl-Nəsr") - 54 milyon dollar (50+4 milyon dollar);

Lamin Yamal ("Barselona") - 47 milyon dollar (35+12 milyon dollar);

Cud Bellinqem ("Real") - 45 milyon dollar (29+16 milyon dollar);

Harri Keyn ("Bavariya") - 42 milyon dollar (30+12 milyon dollar);

Məhəmməd Salah ("Trabzonspor") - 40 milyon dollar (20+20 milyon dollar).

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)