Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)

6 Oktyabr 2026 22:05

Müğənni Tacir Şahmalıoğlu xəstəliyi ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, "Xəzər TV"yə açıqlama verən ifaçı şəkərdən əziyyət çəkdiyini deyib.

"Demək olar ki, məni yıxmışdı. İstanbulda əməliyyat olunub bura gəldim. Qəfildən ağrılarım başladı. Sən demə, öd partlayıb, daxili orqanlara yayılıb. Məni o hala salan öd imiş. Həkim deyir, bir araya normal olacağam. Hələ 10 gündür", - deyə müğənni qeyd edib. (nocomment.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)