Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu tərəfindən keçirilən "Təlimatçı hazırlıq kursu"nun buraxılış mərasimi təşkil olunub.
Bu barədə Milli.Az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə kursu uğurla başa vuran zabitlər Müdafiə Nazirliyinin rəhbərliyi adından təbrik edilib, onlara xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Kurs müddətində iştirakçılara təlimatçı bacarıqlarının formalaşdırılması, kollektivin səmərəli idarəolunması və komanda ruhunun inkişaf etdirilməsi istiqamətində nəzəri və praktiki məşğələlər keçirilib.
Kurs iştirakçıları yaradılmış şəraitə və göstərilən diqqətə görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim olunub.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)