“Son on ildə nə vaxt istirahət etdiyimi bilmirəm” - Marko Yankoviç

6 Oktyabr 2026 19:55

Monteneqro millisinin və "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç yorğunluqdan şikayətlənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  yığma komandası ilə Millətlər Liqasında Kipr, Latviya və Ermənistana qarşı çıxış edən yarımmüdafiəçi son 10 ildə dincəlmədiyini bildirib: 

"Son on il ərzində nə vaxt istirahət etdiyimi bilmirəm, amma bu, peşəkar idmançıların qəbul etdiyi normal vəziyyətdir. Onlar çoxlu oyun keçirir və məşq edirlər, eyni zamanda onlardan daim yüksək səviyyə gözlənilir. Əgər kimsə bütün bunlara hazır deyilsə, bu iş onun üçün deyil. Mən yorğun deyiləm, baxmayaraq ki, yorğunam".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)