Xaçmazda iki məktəbli qardaşı maşın vurdu

6 Oktyabr 2026 17:09

Xaçmaz rayonunda iki məktəblini maşın vurub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün Xaçmaz şəhəri ərazisində baş verib.

"Opel" markalı minik avtomobili küçədə velosiped sürən 14 və 16 yaşlı iki yeniyetməni vurub. Hadisə nəticəsində xəsarət alan məktəblilər xəstəxanaya hospitalizasiya olunublar. Xəsarət alan yeniyetmələr qardaşdırlar və orta məktəbin 8 və 10-cu sinifində oxuyurlar. Hadisə nəticəsində yeniyetmələrdən birinin ayağı, digərinin isə ayağı və qolu sınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)