Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın İrkutsk şəhərində naməlum xəstəlikdən ölən Taunla Mübarizə Tədqiqat İnstitutunun əməkdaşı ilə təmasda olan bütün şəxslərin müəyyən edildiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, bu barədə ÜST-nin sözçüsü Kristian Lindmeyer məlumat verib.
"Mövcud məlumata görə, xəstə ilə təmasda olan bütün şəxslər müəyyən edilib və tibbi müşahidə altındadır. Hazırda onların heç birində xəstəliyin simptomları müşahidə edilməyib", - sözçü bildirib.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti tədqiqat institutu əməkdaşının ölümünə pnevmonik taunun səbəb olub-olmadığını müəyyənləşdirir. Lakin hələlik Rusiya tərəfi ÜST-nin sorğusuna rəsmi cavab verməyib.
Qeyd edək ki, bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-nin Rusiyaya kömək etməyə hazır olduğunu bildirib və İrkutskdakı fövqəladə vəziyyəti böyük problem adlandırıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)