Abşeronun Hökməli qəsəbəsində, Yeni massiv adlandırılan ərazidə yolların uzun müddətdir bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, son günlər yağan yağışlar yolları daha da keçilməz hala salıb. Küçələr palçıq içində olduğundan həm avtomobillərin, həm də piyadaların hərəkəti çətinləşib.
Sakinlər bildiriblər ki, əvvəllər yolu öz hesablarına asfalt qırıntıları və çınqılla düzəldiblər. Lakin təxminən iki ay əvvəl elektrik xətlərinin çəkilişi zamanı yol qazılıb və işlər başa çatdıqdan sonra ərazi yalnız torpaqla örtülüb.
Onlar məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət etdiklərini, lakin yolun bərpası ilə bağlı verilən vədlərin indiyədək icra olunmadığını deyirlər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)