İsrail Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsini vurmağa hazır olub.
Milli.Az xəbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, təyyarə Səudiyyə Ərəbistanındakı Təbuk hava limanına eniş etməsəydi, İsrail onu müşayiət etmək üçün qırıcı təyyarələr göndərəcəkdi.
"Protokolda təyyarənin vurula biləcəyi də nəzərdə tutulur. Lakin belə bir qərarı yalnız İsrailin Baş naziri Benyamin Netanyahu verə bilər", - məlumatda qeyd olunub.
Mənbələr hesab ediblər ki, təyyarənin hədəfə çırpılmasındansa, vurulması daha məqsədəuyğun olardı.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan "Flydubai" reysində insident baş verib. İkinci pilot təyyarəni ələ keçirməyə cəhd edib və kapitana fövqəladə vəziyyət baltası ilə hücum edib. Təyyarənin kapitanı isə kabinənin qapısını aça bilib və ikinci pilotu təcrid etmək mümkün olub.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)