Plener əsərlər sərgisi açılacaq

6 Oktyabr 2026 15:25

Etüd əsərlərə ictimai marağın artırılmasına xidmət, nаturanın bilavasitə öyrənilməsi, həmçinin, onun real simasının tam əks etdirməsinə yanaşmanın inkişafı məqsədilə peşəkar rəssamlar arasında elan olunmuş Plener əsərlər sərgisi 10 oktyabr 2026-cı il saat 17-də Xətai Sənət Mərkəzində açılacaq!

Mövzu və texnika sərbəst olan sərgiyə 200-ə yaxın peşəkar rəssam tərəfindən 400-dən çox etüd əsəri təqdim olunub. Həmçinin, iştirakçılar arasında Belarusdan 2, Qazaxıstandan 2, Finlandiyadan 1, Əlcəzairdən 1 və Hindistandan 1 rəssam yer alıb.

İştirakçıların bir çoxunun iki və daha çox əsərinin yüksək bal toplamasına baxmayaraq, sərgidə daha çox fərqli dəst-xəttin təqdim olunması məqsədilə seçimlərdən sonrakı mərhələ "bir rəssam - bir əsər" prinsipi əsasında aparılıb.

Tədbirə rəng qatmaq məqsədilə qonaq rəssamların əsərləri də ekspozisiyada təqdim olunur.

Sərginin online kataloqu: https://online.fliphtml5.com/udgyq/gmnf/

Sərginin seçim heyyəti:

Cəlil Hüseynov - Azərbaycan Rəssamlıq Akademiyası-professor

Ülviyyə Həmzəyeva - Naxçivan Rəssamlar Birliyi-sədr

Elçin Hüseyn - Azərbaycan Dövlət Rəsm Qalereyasi-şöbə müdiri

Ramil Məmmədov - Azərbaycan Rəssamlıq Akademiyası-kafedra müdürü

Suphan Məmmədov - Azərbaycan Rəssamlıq Akademiyası-dosent

Rüstəm Quluyev - Azərbaycan Rəssamlıq Akademiyası-baş müəllim

Bəxtiyar Yüsifov - Azərbaycan Rəssamlıq Akademiyası-dosent

Aynura Mustafayeva - Azərbaycan Rəssamlar İttifaqının üzvü

Əbdüləmi Əliyev - Azərbaycan Rəssamlar İttifaqının üzvü

Sərgilənən əsərlər geri qaytarılır.

Sərgidən 10 əsərin müəllifi etüd turuna dəvət olunacaq.

Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq.

Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp

Sərginin etüd janrının təbliğinə və inkişafına tövhə verəcəyinə inanırıq!

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az