"Bavariya" Harri Keyn barədə qərarını verdi

6 Oktyabr 2026 14:57

"Bavariya" rəhbərliyi Harri Keyn ilə yeni sözləşmənin maliyyə şərtləri üzrə razılığa gəlib.

Milli.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Bildirilir ki, tərəflər ingiltərəli hücumçunun maaşı və müqavilədə nəzərdə tutulan bonuslarla bağlı bütün əsas detalları razılaşdırıblar. Bununla belə, yeni sözləşmənin neçə il müddətinə imzalanacağı hələ müəyyənləşməyib. Bu məsələnin qarşıdakı görüşlərdə müzakirə ediləcəyi gözlənilir.

Hazırda Harri Keynin "Bavariya" ilə müqaviləsi 30 iyun 2027-ci ilə qədər qüvvədədir. 33 yaşlı futbolçu cari mövsümdə Münhen klubunun heyətində 7 oyuna çıxıb. O, bu qarşılaşmalarda 6 dəfə fərqlənib və 2 məhsuldar ötürmə edib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)