Zidan Fransa millisində tarixə düşdü

6 Oktyabr 2026 14:08

Fransa millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Belçikanı böyük hesabla məğlub edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, qarşılaşma fransızların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə Zinəddin Zidan üçün də xüsusi əhəmiyyət daşıyıb. "Stats Foot"un məlumatına görə, onun rəhbərliyi altında Fransa yığması keçirdiyi ilk dörd oyunda məğlubiyyət yaşamayıb. Komanda bu görüşlərin üçündə qələbə qazanıb, bir qarşılaşmanı isə heç-heçə başa vurub.

Beləliklə, Zidan milli komandanın baş məşqçisi kimi fəaliyyətinin ilk oyunlarındakı nəticələrinə görə Jak Santinidən sonra ən uğurlu starta imza atan fransalı çalışdırıcı olub.

Qeyd edək ki, Jak Santini də 2002-ci ildə Fransa millisindəki fəaliyyətinə ilk dörd matçda üç qələbə və bir heç-heçə ilə başlamışdı.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)