Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyanın Aruşa şəhərində Parlamentlərarası İttifaqın (IPU) 153-cü Assambleyasının açılış mərasimində iştirak edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, açılış mərasimində Tanzaniyanın Baş naziri Mviqula Nçemba, parlamentin sədri Mussa Zungu, IPU-nun Prezidenti Tulia Akson və təşkilatın Baş katibi Anda Filip çıxış ediblər.
Çıxışlarda Assambleya çərçivəsində keçiriləcək müzakirələrin aktuallığı barədə fikirlər səsləndirilib.
Tədbirdə müasir beynəlxalq münasibətlər sistemində milli parlamentlər arasında əməkdaşlığın əhəmiyyəti, o cümlədən Parlamentlərarası İttifaqın fəaliyyəti barədə danışılıb.
Qeyd edək ki, IPU-nun 153-cü Assambleyası Tanzaniyanın Aruşa şəhərində keçirilir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)