Azərbaycan cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanıb.
Milli.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan H.Heydərov 1/16 finalda Finlandiya təmsilçisi Valtteri Olinlə qarşılaşıb.
Rəqibinə qalib gələn cüdoçumuz adını 1/8 finala yazdırıb. O, bu mərhələdə italiyalı idmançı Covanni Esposito ilə üz-üzə gələcək.
__________
Azərbaycanın cüdoçusu Hidayət Heydərov Bakıda keçirilən dünya çempionatına qələbə ilə start verib.
Milli.Az xəbər verir ki, 73 kq çəki dərəcəsində tatamiyə çıxan H.Heydərov 1/32 finalda Kosovo təmsilçisi Akil Qyakova ilə qarşılaşıb.
Rəqibini məğlub edən Azərbaycan cüdoçusu adını 1/16 finala yazdırıb
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)