Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü

6 Oktyabr 2026 12:40

Oktyabrın 2-si Abşeron rayonu Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində döyülən gənc xəstəxanada vəfat edib.

Milli.Az xəbər verir ki, ağır xəsarətlər alan 1994-cü il təvəllüdlü Cavid Nəzərlinin həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün Sumqayıtdakı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)