2 oktyabr tarixində şəhər-kurort Sea Breeze və CineMastercard kinoteatrlar şəbəkəsi Venetian Harbour kompleksində Sea Breeze ərazisində ilk çoxzallı CineMastercard kinoteatrının açılması ilə bağlı müqavilə imzalayıb. Yeni kinoteatr filmlərin nümayişi üçün müasir texnologiyalarla təchiz olunacaq. Sazişi Sea Breeze şirkətinin kommersiya icarəsi üzrə direktoru Elbəy Rzayev və CineMastercard kinoteatrlar şəbəkəsinin Baş direktoru Zaur Darabzadə imzalayıblar.
Kinoteatr Halfmoon yarımadasının yaxınlığında inşa edilən Venetian Harbour ticarət və ictimai kompleksinin sahilyanı davamı olan Marina Venetian Harbour-un bir hissəsi olacaq.
CineMastercard Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biridir və Bakı ilə yanaşı, ölkənin digər şəhərlərində fəaliyyət göstərən 11 kinoteatrı birləşdirir. Müasir texnoloji avadanlıqlar tamaşaçılara filmləri dünya premyeraları ilə eyni vaxtda izləməyə imkan verir. Bundan əlavə, yalnız CineMastercard kinoteatrlarında unikal Skybox zalları, xüsusi qonaqlar üçün iki VIP DIAMOND zalı, həmçinin ən yeni 4DX və ScreenX texnologiyaları təqdim olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)