Allahşükür Paşazadənin 40 il əvvəlki görüntüləri yayıldı - (Video)

6 Oktyabr 2026 10:52

Sosial şəbəkədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşılıb.

Milli.Az xəbər verir ki, söhbət 1986-cı ildə Bakıda keçirilmiş "Müsəlmanlar sülh uğrunda" beynəlxalq konfransına dair reportajdan gedir.

Mərhum Mais Məmmədovun hazırladığı telesüjet keçmiş Mərkəzi Televiziyanın "Vremya" proqramında nümayiş olunub.
Reportajda şeyxülislam Allahşükür Paşazadə də əks olunub.

Xatırladaq ki, o, 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və o vaxtdan bu vəzifəni icra edir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)