Toyda unudulmaz an - (Video)

25 Oktyabr 2026 05:05

Toy mərasimlərindən birində qeydə alınan maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib.

Milli.Az xəbər verir ki, gəlinin toy zalına daxil olduğu zaman gözlənilməz mənzərə yaranıb. Bəy və gəlin birlikdə zala doğru irəliləyərkən məclis iştirakçılarından olan ata və oğul da onların yanında addımlamağa başlayıb.

Dörd nəfərin eyni anda yan-yana hərəkət etməsi maraqlı görüntü yaradıb. Həmin anı əks etdirən kadrlar sosial şəbəkələrdə paylaşıldıqdan sonra izləyicilərin marağına səbəb olub.

Görüntülərə çoxsaylı şərhlər yazılıb və toyda yaşanan bu qeyri-adi an müzakirə mövzusuna çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)