"Con Duran "Gəl, məşqə gedək" deyəndə, "Yox, onsuz da varlıyam" deyirdi"

6 Oktyabr 2026 10:15

"Fənərbağça"nın sabiq futbolçusu Fred keçmiş komanda yoldaşı Con Duran haqqında danışaraq onun xarakteri ilə bağlı maraqlı fikirlər səsləndirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi karyerası ərzində birlikdə oynadığı ən qeyri-adi futbolçunun məhz kolumbiyalı hücumçu olduğunu bildirib.

Fredin sözlərinə görə, Con Duran heç nəyə ciddi yanaşmayan, buna baxmayaraq, olduqca əyləncəli və yaxşı xarakterə sahib insandır.

"İndiyə qədər eyni komandada oynadığım ən çılğın futbolçu Con Durandır. O, həqiqətən də heç nəyə əhəmiyyət vermir. Amma çox əyləncəli və yaxşı insandır. Ona məşqə getməyi təklif edəndə 'Yox, onsuz da varlıyam, rahatam' deyirdi. Bu davranışları bəzən məni əsəbiləşdirirdi. Mənə 'Özümü, ailəmi və məndən sonra gələcək üç nəsli artıq təmin etmişəm' söyləyirdi", - deyə Fred qeyd edib.

Braziliyalı futbolçu Con Duranın "Fənərbağça"dakı dönəmi və daha sonra "Zenit"ə keçidi barədə də danışıb. Onun sözlərinə görə, kolumbiyalı oyunçu İstanbul klubuna ilk gəldiyi vaxtlarda məşqlərdə iştirak etsə də, sonradan hazırlıqlara getməyi dayandırıb.

Fred bildirib ki, Duran "Zenit"ə keçərkən ona daha yüksək gəlir əldə edəcəyini deyib. Hücumçunun cavabı isə belə olub:

"Qardaşım, nə qədər çox olsa, bir o qədər yaxşıdır".

Fred hazırda Con Duranın övladının dünyaya gəlməsini gözlədiyini və bunun onun daha sakit həyat tərzinə keçməsinə kömək edəcəyinə ümid etdiyini də bildirib.

Qeyd edək ki, Con Duran 2025-ci ilin yayında "Ən-Nəsr"dən icarə əsasında "Fənərbağça"ya keçib və 2025/2026 mövsümündə İstanbul klubunun formasını geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)