“Bu, Amerika üçün böyük gün olacaq”

6 Oktyabr 2026 11:41

ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandıracağını iddia edib.

Milli.Az xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında paylaşım edib.

O, qəzetin bağlanmasının ABŞ üçün "böyük gün" olacağını bildirib. Tramp "The New York Times"ı ölkənin süqutunu istəyən şəxslərə xidmət edən korrupsiyalaşmış nəşr adlandırıb.

Prezident həmçinin qəzetə olan etimadın azalması səbəbindən tirajının kəskin düşdüyünü qeyd edib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)