Moskva vilayətinə PUA hücumu nəticəsində 20 yaşlı kişi ölüb, 6 nəfər yaralanıb.
Milli.Az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Vorobyov məlumat verib.
Onun sözlərinə görə, vilayətin 16 bələdiyyəsi üzərində 185 PUA məhv edilib və zərərsizləşdirilib.
Hücum nəticəsində bir neçə yaşayış məntəqəsində evlərə və avtomobillərə ziyan dəyib, iki evdə yanğın və dağıntı qeydə alınıb.
Hadisə yerində xilasedicilər çalışır.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)