Papa XIV Leonun görüşlərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirə olunur.
Milli.Az xəbər verir ki, Papa qarşısında növbə gözləyən şəxslərlə bir-bir görüşərək onların əlini sıxıb. Lakin həmin anlardan birində onun qaradərili şəxsin yanından əl uzatmadan keçdiyi görüntülənib.
Kadrlarda əks olunan bu məqam sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Bəzi istifadəçilər hadisənin sadəcə diqqətsizlikdən qaynaqlandığını düşünür, digərləri isə görüntünü ayrı-seçkilik kimi qiymətləndirir.
Qısa müddətdə yayılan görüntülər müxtəlif reaksiyalara səbəb olub və hadisənin səbəbi ilə bağlı fərqli fikirlər qeyd olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)