"İnter"li Markus Turam: "Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - (Video)

6 Oktyabr 2026 11:25

"İnter"in hücumçusu Markus Turam Milanda azarkeşlərlə yaşadığı əyləncəli anla diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, elektrikli skuterlə şəhərdə hərəkət edən futbolçu onu mobil telefonları ilə lentə alan tərəfdarların marağı ilə qarşılaşıb. Turam isə azarkeşlərin çəkilişinə zarafatla cavab verərək özünü başqa futbolçu kimi təqdim edib və kimliyini gizlətməyə çalışıb.

"Mən Leaoyam, "Qalatasaray"da oynayıram" - deyə fransalı hücumçu bildirib.

Futbolçunun bu sözləri ətrafdakıların gülüşünə səbəb olub. Həmin anı əks etdirən görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər arasında da müzakirələrə yol açıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)