“Uzak Şehir”in aktrisasını "Türkiyənin Cenifer Lopezi" adlandırdılar - (Video)

6 Oktyabr 2026 09:30

"Uzak Şehir" serialında Nare obrazına həyat verən Sahra Şaşı xarici görünüşü ilə sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.

Milli.Az xəbər verir ki, aktrisanın serialdan yayılan görüntüləri izləyicilər arasında müzakirələrə səbəb olub. Onun görünüşünü məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopeza bənzədən istifadəçilər Sahra Şaşını "Türkiyənin Cenifer Lopezi" adlandırıblar.

Serialdan paylaşılmış fotolar və kadrlar sosial mediada geniş yayıldıqca, iki məşhur arasındakı oxşarlıqla bağlı müxtəlif rəylər səsləndirilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)