Günün qoroskopu: ​Başqalarının sizi idarə etməsinə imkan verməyin

6 Oktyabr 2026 00:01

Milli.Az bu günün qoroskopunu təqdim edir.

Qoç
Həyatınızı yaxşılaşdırmağa kömək edə biləcək bəzi mühüm məlumatlar əldə edə bilərsiniz. Lakin altşüurunuz işarələrlə danışdığı üçün bu mesajları başa düşmək çətin ola bilər. Qərara gəlməzdən əvvəl instinktləriniz və daxili duyğularınız barədə düşünmək üçün özünüzə vaxt ayırın.

Uğurlu rənginiz: Yaşıl

Uğurlu rəqəminiz: 20

Buğa
Kimsə bitməmiş işini sizin boynunuza qoyub və bu, sizi xeyli əsəbiləşdirə bilər. Biznes qərarlarınız ətraflı izahat tələb edə bilər, lakin bu, öz dəyərinizi sübut etmək üçün fürsətdir. Rəhbər şəxslərin əhvalı dəyişkən ola biləcəyindən diplomatik davranın. Ehtirasın sürətlə artmasını və yenilənmiş sevgi hisslərini gözləyin.

Uğurlu rənginiz: Narıncı

Uğurlu rəqəminiz: 12

Əkizlər
İş yerində baş verən dəyişiklikləri necə həll edəcəyinizi düşünməkdənsə, yeni vəziyyətlərə uyğunlaşın. Ailənizlə keyfiyyətli vaxt keçirə biləcəyiniz üçün evli həyatınız adına əla dövrdür. Uşaqlardan və həyat yoldaşınızdan gələn xoşbəxtlik sizə sülh və hüzur bəxş edəcək.

Uğurlu rənginiz: Sarı

Uğurlu rəqəminiz: 12

Xərçəng
Bu gündən etibarən özünüzü daha enerjili hiss edəcəksiniz və bu yüksəliş bütün günü davam edəcək. Enerji, cəsarət və ya təşəbbüskar olmağı tələb edən istənilən layihəyə başlamaq üçün əla vaxtdır, çünki bunlardan bol-bol olacaq. Sadəcə olaraq, həddindən artıq özgüvənli və ya təzyiq göstərən kimi görünməməyə diqqət edin. Bəzən özünüzə nəzarət etməli ola bilərsiniz.

Uğurlu rənginiz: Bənövşəyi

Uğurlu rəqəminiz: 5

Şir
Həvəsinizin sizi maliyyə planlarınızın potensial faydalarına inandırmasına imkan verməyin. Qeyri-adi mövzulu filmlər və ya əyləncələr diqqətinizi çəkə bilər. Gərgin axtarışdan sonra uzun müddətdir almaq istədiyiniz bir şeyi tapa bilərsiniz. Sevginin nə qədər sehrli ola biləcəyini xatırlayaraq partnyorunuzla vaxt keçirin.

Uğurlu rənginiz: Boz

Uğurlu rəqəminiz: 4

Qız
Əgər hər hansı münasibət hazırda transformasiyadan keçirsə, bu, baş verənləri qarşı tərəflə müzakirə etmək üçün əla fürsətdir. Dərin söhbətlər etmək əhval-ruhiyyəsindəsiniz. Lakin özünüzü haqlı çıxarmaq üçün qarşı tərəfi başqalarının nöqteyi-nəzərini görməyə məcbur etmək və ya beyinlərini yumaq cəhdlərindən çəkinin.

Uğurlu rənginiz: Yaşıl

Uğurlu rəqəminiz: 2

Tərəzi
Gündəliyinizdə iş yoldaşları ilə ofis romansı və ya sosial tədbir ola bilər. İş yerini gözələşdirmək siyahının başındadır. Yenidənqurma və təmirdən tutmuş divarlara təzə boya vurmağa, fon musiqisi quraşdırmağa, bitkilər və ya sənət əsərləri əlavə etməyə qədər hər şeyə diqqət yetirəcəksiniz.

Uğurlu rənginiz: Tünd qırmızı (maroon)

Uğurlu rəqəminiz: 45

Əqrəb
Optimist olmaq əsas şərtdir və hər hansı maliyyə qazancı üçün fürsət tapmaqda heç bir çətinlik çəkməməlisiniz. Gözlənilməz hallara hazır olun. İdeyalarınızı həyata keçirməyə davam edin və əmin olun ki, uğur qazanacaqsınız. Romantika bu gün sizi sevindirəcək.

Uğurlu rənginiz: Qəhvəyi

Uğurlu rəqəminiz: 7

Oxatan
Elə gələ bilər ki, hər kəsin bir məqsədi və layihəsi var, təkcə sizdən başqa. Hər kəs irəliyə doğru qaçarkən, siz hələ də bunun qaçmaq istədiyiniz yarış olduğuna əmin olmaya bilərsiniz. İstəmədiyiniz bir işə özünüzü məcbur etməyin. Günün enerjisi sürətli və macəralıdır, lakin mübarizə aparmağa hazır deyilsinizsə, özünüzü zorlamayın.

Uğurlu rənginiz: Çəhrayı

Uğurlu rəqəminiz: 5

Oğlaq
Bu, sizin üçün əla gündür. Uzunmüddətli tendensiyaların ahəngdar şəkildə birləşdiyini görəcəksiniz. Yaxın dostlarınızla gözəl anları və gülüşü paylaşaraq onlarla əlaqə quracaqsınız. Doğru hiss olunan şeylərə sadiq qalın. Dünyayla bölüşmək üçün sevginiz və cəsarətiniz var, ona görə də qorxmayın və güclü qalın.

Uğurlu rənginiz: Krem rəngi

Uğurlu rəqəminiz: 2

Dolça
Bu gün başqalarının sizi idarə etməsinə imkan verməyin. İnsanlar özlərini öyə bilər, lakin sözlərin arxasında çox şey dayanmır. Yanlış addım atmamaq üçün diqqətli olun. Bu gün özünüzə və ehtiyaclarınıza dəyər vermək günüdür. İstədiyiniz şeyi əldə etdiyinizdən əmin olmaq üçün addımlar atın. Bu yaxınlarda tanış olduğunuz insanlar ilə əlaqə qurun. Bu təsadüfi görüşlərin əhəmiyyəti olduqca yüksəkdir.

Uğurlu rənginiz: Narıncı

Uğurlu rəqəminiz: 23

Balıqlar
Bu gün pozitiv və parlaq olun. Bu gün nəzarəti ələ keçirmək üçün əla gündür. Qrup layihələrində başqaları ilə əlaqə qurun və yaradıcı fikirlər təqdim etməkdən çəkinməyin. İçinizdəki sənətkarın səhnəyə çıxmasına icazə verin və bu istedadı bacardığınız hər şəkildə inkişaf etdirin. Son hadisələrlə bağlı insanlar uzun söhbətlər etməyə vaxt ayırın. Bölüşəcək çox şeyiniz var.

Uğurlu rənginiz: Qara

Uğurlu rəqəminiz: 1

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)