Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)

5 Oktyabr 2026 23:48

Ulduz futbolçu Zlatan İbrahimoviç 4 milyon dollarlıq (6 milyon 800 min manat) "Ferrari F80" alıb.

Milli.Az xəbər verir ki, "Milan"da yüksəksəviyyəli məsləhətçi vəzifəsində çalışan isveçli futbol əfsanəsi yeni avtomobilinin videosunu instagram səhifəsində paylaşaraq, "Happy Birthday to Zlatan" ("Zlatanın doğum günü mübarək") başlığını yazıb.

Qeyd edək ki, oktyabrın 3-ü onun 45 yaşı tamam olub.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)