Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya

6 Oktyabr 2026 03:03

Hollivud ulduzu Ben Afflek müğənni Şakira ilə sevgili olması barədə yayılan iddialara ilk dəfə münasibət bildirib.

Milli.Az xəbər verir ki, aktyor "Entertainment Tonight"a müsahibəsində onun Şakira ilə görüşdürülməyə çalışılması və aralarında romantik münasibət yaranması ilə bağlı xəbərləri təkzib edib.

"Mən çox işləyirəm və uşaqlarımla vaxt keçirirəm. Buna çox da boş vaxtım yoxdur. Mən heç kimin arxasınca qaçmıram. Allaha and içirəm, həyatım boyu Şakira ilə münasibət barədə heç nə eşitməmişəm" deyə, B.Afflek bildirib.

Aktyor onun şəxsi həyatı ilə bağlı davamlı yayılan şayiələrə də münasibət bildirib:

"Tez-tez müxtəlif dedi-qodular eşidirəm. Düşünürəm ki, hazırda nə qədər subay kişinin olmasından asılıdır. Bəziləri sadəcə dedi-qodu etməyi sevir, bəziləri isə nəsə uydurur. Açığı, məni nadir hallarda kiminləsə görüşdürməyə çalışırlar".

Qeyd edək ki, Ben Afflek daha əvvəl aktrisa Cennifer Qarnerlə ailəli olub. Onların bu münasibətdən üç övladı var. Aktyorun Cennifer Lopezlə də münasibəti olub. Cütlük 2000-ci illərdə nişanlansa da, toylarını ləğv edərək ayrılıblar. Daha sonra münasibətlərini yenidən bərpa edən Ben və Cenniferin evliliyi də uzun sürməyib. (axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)