Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)

5 Oktyabr 2026 23:51

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb.

Milli.Az oxu.az-a istinadən mərhumun fotosunu təqdim edir:

------------

Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib.

Milli.Az "Teleqraf"a istinadən xəbər verir ki, Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilib və səhhətində ciddi problem yaranıb.

Bu səbəbdən xəstə Respublika Klinik Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)