Bu ildən Həcc ziyarətınə gedəcək azərbaycanlı zəvvarların sağlamlıqları ilə bağlı əlavə tələblər olacaq.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səudiyyə Ərəbistanı bu tələbləri hələ keçən ildən tətbiq edib və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib.
Bəs yaxşı, hansı xəstəlikləri olanlar Həccə gedə bilməz?
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc elektron şöbəsinin rəhbəriVüsal Cahangirinin bildirdiyinə görə, Azərbaycan zəvvarlarının böyük hissəsini gənclər və orta yaşlılar təşkil edir. Bu xəstəliklər də əsasən yuxarı yaş kateqoriyalarında olduğuna görə yeni tələbin zəvvar sayına təsir edəcək amil olacağı gözlənilmir.
Tələblər orqan çatışmazlığı, ürək, qaraciyər çatışmazlığı, ağciyər xəstəlikləri, ağır sinir, psixi və xroniki xəstəlikləri olan şəxslərə aiddir.
Onun sözlərinə görə, belə xəstəlikləri olan insanlar isə elə əvvəlki illər də ziyarət üçün mürəciət etmirdilər.
Onu da qeyd edək ki, artıq 80-dən çox şəxsin Həcc ziyarəti üçün müraciəti qeydə alınıb. Onlar arasında hər hansı tibbi problemi olan olmayıb.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)