Mingəçevirdə övladını bağçaya gətirən 39 yaşlı Aygün Həşimova elə orada bıçaqlanıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, qadını bıçaqlamaqda onun həyat yoldaşı şübhəli bilinir.
Məlumata görə, Aygün Həşimova övladını baxçaya qoyub çıxan zaman həyat yoldaşı onu vurub. Ətrafdakı insanların köməyi ilə qadın xəstəxanaya çatdırılıb. Hadisədən təşvişə düşən sakinlər bunun uşaqlarda travma yaratdığını bildiriblər.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, qadının vəziyyəti stabildir.
Qeyd edək ki, həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən 46 yaşlı Qasım Quliyev könüllü polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)